Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 3-də Azərbaycana ikigünlük rəsmi səfər etməyi planlaşdırır. O, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək. Səfərin yekunu üzrə qarşılıqlı əməkdaşlıq haqqında bir neçə saziş və anlaşma memorandumunun imzalanması planlaşdırılır.
Politoloq Fərhad Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri də hərbi-texniki əməkdaşlıqdır:
“Son dövrlərdə bu sahədə aparılan danışıqlar və yüksək səviyyəli görüşlər, yaxın gələcəkdə konkret razılaşmaların imzalanacağından xəbər verir. Xüsusilə Laçında keçirilən görüş zamanı Prezident İlham Əliyevin verdiyi açıqlama bu gözləntiləri daha da gücləndirdi.
Dövlət başçısı bildirdi ki, hazırda hərbi-texniki əməkdaşlıqla bağlı hazırlıq işləri aparılır və yaxın vaxtlarda bu sahədə hansı məsələlərin konkret olaraq razılaşdırılacağı bəlli olacaq. Azərbaycan ordusunun modernləşdirilməsi və gücləndirilməsi istiqamətində atılan addımlar çərçivəsində Pakistan ilə hərbi texnologiyalar sahəsində əməkdaşlıq strateji əhəmiyyət kəsb edir.
Gözlənilir ki, yeni sazişlər silah sistemləri, texniki dəstək, təlim və texnoloji transfer kimi sahələri əhatə edə bilər. Pakistanla bu əməkdaşlıq, həm regional təhlükəsizlik, həm də ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından önəmli addım olacaq”.
Leyla Turan
Demokrat.az