“Artıq bir müddətdir ki, Rusiya ictimaiyyətində və mediasında miqrant məsələsi süni şəkildə qabardılır, azərbaycanlılar və digər Orta Asiya xalqlarının nümayəndələri sistemli şəkildə hədəfə alınır. Azərbaycan hər zaman qonşuluq münasibətlərinə, əməkdaşlıq ruhuna və mədəni dəyərlərə hörmətlə yanaşıb”.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib.
K.Bayramov deyib ki, Rusiya ərazisində yüz minlərlə azərbaycanlı çalışır və bu insanlar təkcə ailələrinə deyil, Rusiya iqtisadiyyatına da töhfə verirlər:
“Bu səbəbdən onların hədəf seçilməsi, hüquqlarının pozulması, zorakılığa məruz qalması nə insan haqları ilə, nə də strateji tərəfdaşlıq ruhu ilə uyğun gəlir.
Təəssüf doğuran məqam odur ki, bu kampaniya yalnız marginal dairələrlə məhdudlaşmır, bəzi hallarda rəsmi qurumların da səssiz müşahidəsi ilə müşayiət olunur.
Son hadisələr, o cümlədən Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılıq aktı, hüquq-mühafizə orqanlarının fərqli münasibəti və seçici davranışı Azərbaycanda ciddi narahatlıq yaradıb. Rusiya tərəfi bu cür kampaniyaların nəticələrinin nə regionun sabitliyi, nə də ikitərəfli münasibətlər üçün faydalı olmayacağını anlamalıdır”.
Deputat qeyd edib ki, ötən il AZAL təyyarəsinin vurulması ikitərəfli münasibətlərdə ciddi bir siyasi gərginlik yaratdı:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı son dərəcə açıq, qəti və prinsipial mövqe sərgilədi. Dövlət başçımız bəyan etdi ki, Azərbaycanın hava məkanına qarşı törədilmiş bu təxribat cəzasız qalmayacaq və məsuliyyət daşıyan tərəf cavab verməlidir. Bu, hüquqi və siyasi baxımdan tam əsaslı, beynəlxalq hüquqa söykənən yanaşmadır.
Rəsmi Moskvanın isə həm bu məsələ ilə bağlı, həm də miqrantlara qarşı baş verənlərə dair səssizliyi, mövqe bildirməkdən yayınması münasibətlərdə etimad boşluğu yaradır. Əgər Rusiya Azərbaycanla strateji tərəfdaş olduğunu iddia edirsə, bu cür hallarda dialoqa açıq olmalı, suallara aydın və məsuliyyətli cavab verməlidir.
Təəssüf ki, bunun əvəzinə yayındırıcı və mövzudan uzaq mövqelər, yaxud tam susqunluq nümayiş olunur. Burada sual yaranır: Rusiya nə etmək istəyir?
Əsas məqsədi nədir? Görünən odur ki, rəsmi Moskva bölgədə yenidən öz "vasitəçi" rolunu qoruyub saxlamaq, nüfuzunu artırmaq, eyni zamanda region dövlətlərini təzyiq altında saxlamaq niyyətindən əl çəkməyib”.
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan isə artıq bu yanaşmanı qəbul etmir:
“Çünki biz öz müstəqil siyasətimizi qurmuşuq, ərazi bütövlüyümüzü təmin etmişik və suverenliyimizə istənilən formada müdaxiləni qətiyyətlə rədd edirik.
Sonda bir daha vurğulamaq istəyirəm: Azərbaycan dövləti öz mövqeyini açıq, şəffaf və prinsipial şəkildə ortaya qoyur. Biz hadisələrin beynəlxalq hüquqa uyğun axarında maraqlıyıq. Amma kimin hansı məqsədlə susduğunu da diqqətlə izləyirik. Azərbaycanın səbri sonsuz deyil və biz lazım gəldikdə milli maraqlarımızı qorumaq üçün bütün vasitələrdən istifadə etməyə hazırıq”.
Leyla Turan
Demokrat.az