Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər? — VİDEO

GÜNDƏM 30 iyun 2025, 09:17

Hər il Azərbaycanda universitetləri on minlərlə gənc bitirir. Məzun olduqları üçün sevinirlər. Nəhayət, hər gün dərsdə oturmaq, ağır imtahanlara hazırlaşmaq dərdi bitir. Əslində isə ən ağır imtahan hələ qarşıdadır - iş tapmaq.

4-5 il universitet oxu, gözün kitablardan ayrılmasın, sonda isə başın iş axtarmağa qarışsın. Hələ üstəlik bu məzunların bəziləri universitetə çox yüksək balla qəbul olub bitirənlərdir.

Bəs niyə gənclərə iş tapılmır? 

Demokrat.az İTV-yə istinadən xəbər verir ki, istənilən işəgötürən daha təcrübəli işçi axtarır. Təcrübəsi az və ya heç olmayan kiməsə şans verən iş yerləri olduqca azdır. Onlar da təcrübəsiz gəncə aşağı maaş təklif edirlər. Bu isə o gənclərin heç yol pulunu da qarşılamır.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top