Hazırda Azərbaycanda qızıl alqı-satqısı bazarında ən çox tələb olunan növlər 585 və 750 əyar qızıllardır.
BAKU.WS-in məlumatına görə, alıcılar daha çox bu növ zinət əşyalarına üstünlük verir, çünki həm keyfiyyət, həm də qiymət baxımından daha münasib hesab olunurlar.
Bazardakı mövcud qiymətlər belədir:
585 əyar qızıl (Türk qızılı) – 130-135 manat arası
750 əyar qızıl (İtalyan qızılı) – 150-170 manat arası
Satıcıların bildirdiyinə görə, 585 əyar qızıl daha çox gündəlik istifadə üçün seçilir. 750 əyar isə toylarda, nişanlarda və hədiyyələrdə üstünlük verilən daha yüksək keyfiyyətli variantdır.
Mütəxəssislər bildirirlər ki, qiymətlər hazırda stabil qalır və ciddi dəyişiklik gözlənilmir, çünki qiymət artımı və ya enməsi əsasən beynəlxalq bazarlardan asılıdır.
Məhərrəm ayında qızılın qiyməti ucuzlaşa bilərmi?
Bakıda qızıl satışı ilə məşğul olan zərgər Aqil İsmayılov BAKU.WS-ə bildirib ki, Azərbaycanda bu ayda toy, şənlik və digər əyləncələr keçirilmədiyi üçün qızıl-zinət əşyalarına olan yerli tələbat bir qədər azalır. Lakin bu azalma qızılın qiymətinə birbaşa təsir göstərmir:
"Səbəb isə sadədir: qızılın qiyməti əsasən dünya bazarlarında – xüsusilə Londonda və Nyu-Yorkda tənzimlənir. Yəni Azərbaycanda toy bazarının səssizləşməsi, ümumilikdə beynəlxalq qızıl qiymətlərinə təsir edə bilməz.
Bu baxımdan, Məhərrəm ayında yerli satış azalması müşahidə olunsa da, qızılın qiymətində ciddi ucuzlaşma gözlənilmir. Qiymət əsasən qlobal iqtisadi və maliyyə amillərlə formalaşdığı üçün sabit qalması daha real görünür".