İyul ayından hava daha… — AÇIQLAMA

GÜNDƏM 30 iyun 2025, 11:57
Təqvim üzrə yay fəsli artıq başlayıb. Lakin bir çox insan bunu nə geyimlərində, nə də gündəlik həyatlarında tam hiss edə bilir.

Ekoloq Məhərrəm Mehriyev  Demokrat.az-a bununla bağlı açıqlama verib.

O deyib ki, bu vəziyyət əsasən qlobal iqlim dəyişiklikləri, havanın sirkulyasiya sistemlərindəki dəyişikliklər və mövsüməxas atmosfer hadisələri ilə bağlıdır:

“İlk olaraq, iqlim dəyişiklikləri artıq dünyada hava şəraitini daha qeyri-sabit və proqnozlaşdırılması çətin hala gətirib. Qlobal istiləşmə yalnız temperatur artımı deyil, eyni zamanda hava cəbhələrinin tez-tez dəyişməsi, küləkli günlərin çoxalması və nəmişliyin artması ilə müşayiət olunur. Bundan başqa, Arktik və mülayim hava kütlələrinin yay fəslinin ilk günlərində hələ də aktiv olması, sərin havaların davam etməsinə səbəb olur.

Hazırda Azərbaycanda da bir çox bölgələrdə bu cür dəyişkən hava müşahidə olunur. Gün ərzində isti günəşli hava qəfil yerini sərin küləyə və ya yağışa verir. Bu da vətəndaşlarda əsl yay ovqatının gecikməsi hissini yaradır. İyul ayından etibarən daha stabil və klassik yay havası müşahidə ediləcək. Amma dəyişkən hava şəraitinin yay boyunca ara-sıra təkrarlanacağı istisna edilmir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top