İyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlıların evinə basqın edərək 5 nəfəri işgəncə ilə qətlə yetirməsi, onlarla insanı ölümcül hala salması, repressiyalara məruz qoyması hər birimizi haqlı olaraq hiddətləndirdi. İşgəncə qurbanları olan soydaşlarımız Rusiya vətəndaşları olsa da, xalq və dövlət olaraq onlara sahib çıxdıq, dəstək olduq. Həm dövlət, həm də xalq olaraq çox gözəl birlik ortalığa qoymaqdayıq…
…Baş verənlərdən sonra Rusiyanın Azərbaycana qarşı tarixi münasibətlərini bir daha xatırladıq, gözlərimizin önündən keçirdik. Yekaterinburdakı məlum cinayət ilk deyil, yəqin ki, son da olmayacaq. Raşizmi özünün milli ideologiyası səviyyəsinə yüksəldən Rusiyanın xalqımıza qarşı cinayətlərinin dəhşətli xronologiyası var.
Rusların Azərbaycana hücumu IX əsrə təsadüf edir. 1800-cü ilə qədər davam edən hücumlarla bağlı internetdə müfəssəl məlumat olduğundan, detallara varmaq istəmirik. Rusların Azərbaycanın taleyini müəyyənləşdirən hücumları XIX əsrin əvvəllərinə təsadüf edir. 1805-ci ildə Kürəkçay müqaviləsi ilə ruslardan asıllığı qəbul etmiş Qarabağ xanı 1 il keçməmiş – 12 iyun 1806-cı ildə Şuşa yaxınlığında 17 nəfər ailə üzvləri ilə birlikdə qətlə yetirildi. 1920-ci ildə yenidən Azərbaycanı işğal edən Rusiya 15 il sonra kütləvi repressiyalara, edamlara baçladı. Xalqımızın düşünən beyinlərini, qaymaqlarını sürgün etdirdi, edam elətdirdi. 1990-ci ildə Bakıda törədilən 20 Yanvar qırğınını və ardınca Qarabağdakı hadisələr, Xocalı faciəsi yaşlı və orta nəslin yaxşı xatirindədir. 2022-ci ildə Azərbaycanla müttəfiqlik sazişi imzalayan Rusiya 2 il sonra Azərbaycanın sərnişin təyyarəsini vurdu. Bakı–Qroznı reysini yerinə yetirən təyyarəmiz vurulandan sonra qəzalı vəziyyətdə Qazaxıstanın Aktau şəhərində yerə çırpıldı. Qəza nəticəsində 62 sərnişindən 38-i həlak oldu. Azərbaycan hələ də təyyarəmizi vuran Rusiyadan üzr gözlədiyi halda, Kreml bizi yeni “sürprizlərlə” təəccübləndirir. Əslində təəccübləndirmir. Yekaterinburqda 20 il öncə baş vermis hansısa kriminal hadisəni gündəmə gətirərərk araşdırma adı ilə soydaşlarımızı qətl edən Rusiyanın insanlıq əleyhinə cinayətlərinə biz çoxdan bələdik. Biz Rusiyanın cinayətlərini araşdırası olsaq, onlar kəsiləcək cəzanın altından çətin ki, çıxa bilsinlər… Təəssüf ki, dünyamızda ədalətin gücü yoxdur, gücün ədaləti var.
Putlerizmin davam etdirdiyi Rusiyanın raşist siyasəti bu gün ətrafa kin, nifrət, qan saçır. Hücumlar, qətllər, yeni torpaqlar, xalqları qırmaq, parçalamaq, onlara ağalıq etmək… Budur velikorus şovnizminin mahiyyəti. Məşhur publisist Nevrozovun qeyd etdiyi kimi, patriotizm, şovinizm, imperializm rus xaqlı üçün hər şey əvəz edən alkoqol kimidir. Siyasi alkoqolizmdən əziyyət çəkən, zəhərlənmiş, sağalmaz yoluxucu xəstəliyə tutulmuş Kreml bir vaxtlar Hitler Almaniyasının tutduğu yolu gedir. O yol ki, dünyaya faciələr yaşatdı və sonda Almaniyanı uçuruma yuvarladı.
Kremlin siyasətinin mahiyyətini gözəl dərk edən, atacağı addımları düzgün proqnozlaşdıran Azərbaycanın siyasi rəhbərliyi nəyi nə vaxt və necə edəcəyini yaxşı bilir. Biz Qarabağ və Şərqi Zəngəzuru azad etməklə Rusiyanın Cənubi Qafqazdakı rıçaqlarını əlindən aldıq. Bu qələbə ilə onların Ermənistandakı nüfuzunu da yerlə bir etdik. Cənubi Qafqaz ölkələrində Rusiyanı sevmirlər. Rusiyanı dünyada belə sevmirlər. Eyni dini, dili, qanı daşıyan Ukrayna ərazisinə hərbi təcavüz edən, şəhərləri xarabalığa çevirən, yüzminlərlə insanı qətlə yetirən, milyonlarla insanı yurd-yuvasından didərgin salan bir ölkəni kimi sevər ki…
İndiki halda Rusiyada azərbaycanlılara qarşı cinayətlərin törədilməsinin bir neçə məqsədi ola bilər.
Birincisi, Ukrayna cəbhəsində uğur qazana bilməyən, hətta ağır itkilər erən Rusiya daxildə milli ədavəti qızışdırmaqla diqqəti yayındırmaq istəyir.
İkincisi, Putin Rusiyada millətçiliyi qızışdırmaqla, rusların dəstəyini almaq və bununla da hakimiyyətinin ömürünü uzatmaq istəyir.
Üçüncüsü, Azərbaycan ilə Ermənistan arasında mümkün sülh müqaviləsinin imzalanmasından sonra bölgədəki son təsir rıçaqlarının ada aradan qalxacağından ehtiyatlanan Kreml Rusiyadakı miqrantları bu və ya digər yollarla deportasiya etməklə ölkəmizə təzyiq göstərir. Mesaj göndərir ki, azərbaycanlıları Rusiyadan kütləvi şəkildə deportasiya etsək, Azərbaycanda sosial gərginlik yaranacaq.
Azərbaycan dövlətinin müstəqil xarici siyasəti Rusiyanı qıcıqlandırır. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya qarşı çox cəsarətli mövqe ortaya qoyub. “Ukraynanın ərazi bötövlüyünü dəstəkləyirik” ifadəsi Kremlə verilmiş ən samballı cavabdır. Azərbaycanın Ukraynaya dəstəyini sivil dünya çox yüksək qiymətləndirir.
Rəsmi Bakı Yekaterinburq şəhərində soydaşlarımıza edilən anti-insanı davranışa hadisə baş verən kimi reaksiya verdi. Xarici İşlər Nazirliyi Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyir. Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılaraq ona açıq etiraz bildirilib. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna planlaşdırılan Azərbaycana səfəri ləğv edilib. Səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsidir. Hazırkı vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya digər Rusiya rəsmilərinin səfərini məqsədəuyğun hesab etmir. Dövlətimiz üzərinə düşən vəzifəni edir və edəcək. Xalqımız bu məsələdə də dövlətimizin yanındadır, onun mövqeyini, addımları dəstəkləyir, anlayışla qəbul edir.
Onu da başa düşürük ki, coğrafiya taledir. Hələ də feodal qanunlarla idarə olunan, barbarlığın, şovinizmin hökm sürdüyü Rusiya, Ermənistan və İran kimi ölkələrlə qonşu olmaq acı qismətimizdir. Təhdidlərə qarşı müqavimət gücümüzü artırmaq üçün Türkiyə və Gürcüstanla münasibətləri gücləndirməli, hətta bunu konfederasiya səviyyəsinə yüksəltməliyik.
Doğrudan da, öndərimiz Məmməd Əmin Rəsulzadənin yüz il öncə işlətdiyi bir kəlam hələ də öz aktuallığını saxlayır. “Rusiya kiçilib öz tarixi torpaqlarına çəkilməyib, dünya xalqlarına dinclik olmayacaq”.