Vyana Mədəniyyət Mərkəzində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib — FOTOLAR

MƏDƏNİYYƏT 26 iyun 2025, 14:04
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-də Avstriya Respublikasına səfər edib.

Səfər çərçivəsində Vyana şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində nümayəndə heyətinin bu ölkədə yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli də iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova açılış nitqi ilə çıxış ediblər.

Sonra dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə bu il Vyanada səhnələşdiriləcək “Arşın mal alan“ operettasının yaradıcı heyəti tamaşanın ilk afişasını Adil Kərimliyə təqdim edib.

Tədbirin bədii hissəsində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.

Konsertdə klassik və müasir Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
































SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top