İrandan şok etiraf: "Nüvə obyektlərinə ciddi ziyan dəyib"

DÜNYA 25 iyun 2025, 16:17
ABŞ-ın zərbələri İranın nüvə obyektlərinə ciddi ziyan vurub.

Demokrat.az
xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib. 

O bildirib ki, nüvə obyektlərimizə ciddi ziyan dəyib, bu, şübhəsizdir.

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana zərbələrindən sonra nüvə proqramının inkişafının geriyə çəkildiyini bildirib. 

ABŞ-ın vitse-prezidenti isə Trampın hərəkətlərini vurğulayaraq, Vaşinqtonun siyasi rejimi dəyişməyə və demokratiyanı tətbiq etməyə çalışmadığına diqqət çəkib.


Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top