Sabahdan Azərbaycanda 4 gün iş olmayacaq

SOSİAL 25 iyun 2025, 11:02
Sabahdan Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq. 

Demokrat.azxəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.

Qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilib. Beləliklə, 21 iyun şənbə günü olsa da, Azərbaycanda iş günü oldu.

Sabahdan etibarən isə 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri qeyri-iş günləri olacaq.

Qeyd edək ki, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top