"Sahibsiz itlərlə bağlı məsələ uzun müddətdir ki, cəmiyyətimizi narahat edən problemlərdən biridir. Təəssüf ki, bu problem hələ də həllini tapmayıb. Xüsusilə məktəb yaşda uşaqlar üçün bu məsələ böyük problem yaradır. Hər hansı hadisə baş verəndən sonra məsələ gündəmə gəlir. Konkret olaraq bu problemi həll edəcək qurumlar fəaliyyətsizdirlər. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdində sahibsiz heyvanlarla məşğul ola bilən departament var idi".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, 1997-ci ildə Azərbaycan sahibsiz heyvanlarla bağlı konvensiyaya qoşuldu. Konvensiyaya əsasən, sahibsiz heyvanları öldürmək olmaz:
"Bakı şəhərində “TOPLAN” heyvanlara qayğı mərkəzi var. Mərkəz tərəfindən lazımlı proseslər müəyyən qədər həyata keçirilsə də, Bakı ətrafında, ölkənin digər ərazilərində məsələni öhdəliyinə götürə biləcək qurum yoxdur. Ac-susuz heyvanlar insanlara hücum edir. Bunun hansısa formada qarşısı alınmalıdır. Dövlət qurumları hərəkətə keçməli, problemin həlli ilə bağlı ortaq fikrə gəlməlidirlər. Bələdiyyələr onlara edilən müraciətləri bizə bildirirlər.
Məlum olur ki, onlar bu problemin qarşısını almaqda aciz qalıblar. Səlahiyyəti olan qurumun formalaşmasına ehtiyac var. Beynəlxalq təcrübədə itlər vaksinasiya edildikdən, qısırlaşdırıldıqdan sonra küçəyə buraxıla bilərlər. Belə olan halda küçə heyvanları insanlara zərər vermir. Bununla bağlı mətbuatda tez-tez məsələ gündəmə gətirilməli, dövlət qurumları konkret addım atmağı öz öhdələrinə götürməlidirlər".
Qeyd edək ki, dünən Ceyranbatan qəsəbəsində sahibsiz küçə itləri nənəyə və azyaşlı nəvəsinə hücum edib.
Əfsanə Kamal
Demokrat.az