"Süni intellektdən istifadə artıq çox aktualdır. Əvvəl "Google" və.s-dən istifadə edərək məlumat ala bilirdik. İndi isə süni intellekt vasitəsilə məlumatları dərhal əldə edə bilirik. Ancaq süni intellektin daimi istifadəsi beyin funksionallığına mənfi təsir göstərir".
Bu sözləri Demokrat.az-a açıqlamasında həkim terapevt Günay Lətifova deyib.
O bildirib ki, hər şey robotlaşma sisteminə getdikdə insan öz beynini aktivlədirə bilmir, fikir, ideya irəli sürmək kimi imkanlarından istifadə edə bilmir:
"Beyin düşünərkən, hətt stress altına girdikdə funksionallığını artırır, aktiv olaraq qalır. Bunlar olmadığı təqdirdə beyin funksionallığını itirir, passiv formaya keçir. Bu, yaxşı hal deyil. Dünyanın tamamilə süni intellektin idarəsinə keçməsini istəmiriksə, insan olaraq beyin, fiziki funksionallığımızı qorumaq istəyiriksə, öz biliklərimizə arxayın olmalıyıq. Süni intellektdən sadəcə kömək üçün istifadə etməliyik".
Əfsanə Kamal
Demokrat.az