Ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
Demokrat.az report-a istinadla xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ramin Niyazovun verdiyi şikayət təmin edilməyib, Eldəniz Verdiyev barəsində təqsirləndirilən şəxs qismində verilməsi ilə bağlı bəraət qərarı çıxarılıb.
Məlumatı "Report"a vəkillər Asim Abbasov və Cavidan Osmanlı təsdiq edib.
Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Vəliyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda ittiham edib.
Xatırladaq ki, xüsusi ittiham qaydasında iddiaçı kimi çıxış edən Ramin Niyazovun vəkili Adəm Məmmədov idi. Prosesin gedişində onun özü də Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edildi və hazırda həbsdədir.