
Bu gün saat 11 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında ağır yol qəzası baş verib.
Demokrat.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 10 zolaqlı yolun hərəkət hissəsindən keçən iki piyadadan birini avtomobil vurub.
Piyada hadisə yerində həyatını itirib.
Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da, polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib.
