Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev və digər aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə Marışlı kəndində aparılan taxıl biçini ilə yerində tanış olublar. RİH başçısı Rüstəm Xəlilov görüş zamanı rayonun aqrar sektorunda aparıcı sahələrdən olan taxılçılığın ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik olduğunu vurğulayıb, fermerlərə işlərində uğurlar və yüksək məhsuldarlıq arzulayıb. Görüş zamanı Rayon rəhbəri texniki təminat, biçinə cəlb edilən kombaynların iş rejimi, biçin prosesinin keyfiyyəti və qiyməti ilə, həmçinin əkilmiş toxumun sortları, reproduksiyası ilə bağlı fermerlərlə söhbət aparmış, 1 hektar sahədən gözlənilən məhsuldarlıqla bağlı müzakirələr edib. Eyni zamanda Rayon rəhbəri ərazidə yanğın təhlükəsizliyi və mühafizə tədbirləri ilə bağlı həyata keçirilən tədbirlərlə də maraqlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə Salyan Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Məlumat üçün qeyd edək ki, cari ilin məhsulu üçün rayonumuzda ümumi olaraq 12696 hektar sahədə taxıl əkini aparılıb ki, bundan da 5202 hektarını buğda, 7494 hektarını arpa bitkisi təşkil edir. Məhsulun sahələrdən vaxtında və itkisiz toplanması məqsədilə rayonda bütün qüvvələr səfərbər edilib.