“Övladını, ailəsini, onların taleyini fikirləşmir”

ŞOU-BİZNES 19 iyun 2025, 00:50
"Mən səhnəyə 2007-ci ildə televiziya vasitəsi ilə gəlmişəm. Onda nə yutub, nə də sosial şəbəkələr var idi. O vaxt elə mahnılar var idi ki, onları efirdə oxumaq olmazdı, senzura var idi. Mən 12 mahnını albom şəklində hazırlayıb gəlmişdim. Hamısını da peşəkar insanlarla birlikdə çalışmışdım. Bu gün o vaxtlar üçün darıxıram".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Xəzər axşamı" verilişində deyib. O, şou-biznesdə bəzilərinin ailəsindən çox gündəmi düşündüyünü bildirib:

"Demirəm ki, keçmişdə qalmışam. Keçmiş əslində bir yalandır. Zəmanəmiz bu gün belədirsə, mən də ayaq uydurmalıyam. İndi sosial şəbəkədən evimizə qonaq olan bəzi mahnılar, musiqilər və insanlar var. 21-ci əsrdir, amma adam qalıb 1998-ci ildə. Həm tərz, həm də beyin olaraq. Onların beyinlərinin inkişaf etməsini istəyirəm. Gənclərimizə sosial şəbəkələrdən maariflənmək üçün yararlanmağı məsləhət görürəm. İndi görürsən ki, istəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır. O qədər gündəmi düşünür ki, övladını, ailəsini, onların taleyini fikirləşmir. Fikirləşmir ki, bu uşaq məktəbə gedir. Mən bu gün onları görmək istəmirəm. Bunun üçün mütləq oxumaq, savadlanmaq lazımdır".

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyun 2025, 00:07
Top