BMT Baş katibi Antoniu Quterreş İsrail və İran arasında davam edən gərginliyin artmasından dərin narahatlığını ifadə edib.
Demokrat.az xəbər verir ki, Baş katibin bununla bağlı bəyanatı yayımlanıb.
“Təcili olaraq gərginliyin azaldılması və atəşkəsə doğru addımların atılması üçün yenidən çağırış edirəm”, - Quterreş bəyanatda qeyd edib.
O, həmçinin münaqişənin beynəlxalq miqyasda daha da genişlənməsinin qarşısının alınmasının vacibliyinə toxunub: “Əlavə hərbi müdaxilələr təkcə birbaşa iştirak edən tərəflər üçün deyil, bütün region və beynəlxalq sülh və təhlükəsizlik üçün böyük fəsadlara səbəb ola bilər”.
A.Quterreş dinc əhaliyə qarşı törədilmiş fəlakətli insan itkilərini, xəsarətləri, yaşayış evlərinə və mülki infrastruktura vurulan ziyanı qəti şəkildə pisləyib.