“Tesla” və “SpaceX”in sahibi İlon Mask ABŞ Prezidenti Donald Trampla mübahisədən sonra telefon nömrəsini dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson “New York Post” qəzetinə müsahibəsində deyib.
Conson Trampla Maskı barışdırmağa çalışdığını, bu məqsədlə mübahisədən sonra milyarderlə əlaqə saxlamağa cəhd etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ lideri də barışığın əleyhinə olmayıb: “Mən ona geniş mesaj göndərdim, sonra onun telefon nömrəsi dəyişdi. Başa düşdüm ki, bu mesajı harasa göndərmişəm və o, heç oxumayıb”.
M. Conson, həmçinin əlavə edib ki, üçüncü şəxs vasitəsilə Maskla əlaqə saxlamağa nail olub.
Bundan əvvəl isə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və Ağ Evin aparat rəhbəri Syuzan Uaylsın Maska zəng vuraraq onu Trampla mübahisəni dayandırmağa çağırdıqları bildirilirdi.
Xatırladaq ki, Trampla Mask arasında biznesmenin Ağ Evi tərk etmək qərarı fonunda mübahisə yaranıb. Buna səbəb federal xərclərin azaldılması ilə bağlı qanun layihəsi olub. Mask iyunun 3-də “X”də paylaşım edərək Trampın bu layihəsini kəskin tənqid edib. Tərəflər daha sonra mübahisəni sosial şəbəkə hesablarında davam etdirib və bir-birinin ünvanına tənqidlər səsləndirib. Bu paylaşımlardan birində Tramp milyarderin “ağlını itirdiyini” yazıb.