İran prezidenti İsraillə atəşkəsə vasitəçilik üçün Azərbaycana müraciət edib

GÜNDƏM 15 iyun 2025, 20:18
İran prezidenti Məsud Pezeşkian İsraillə atəşkəsə nail olmaqda vasitəçilik üçün Azərbaycana müraciət edib. 

AzPost bildirir ki, bu barədə İsrailin “İsrail Hayom” nəşri yazır.

Məlumata görə, Pezeşkian və İranın xarici işlər naziri Abbas Əraqçi Kipr, Azərbaycan və İtaliyadan atəşkəs üçün İsrailə müraciət etmələrini xahiş edib.

İran tez bir zamanda atəşkəs əldə etməyin yollarını tapmağa çalışır və bu məqsədlə dövlət başçılarına vasitəçilik və yardım üçün müraciət etməkdə davam edir.

Prezident Pezeşkian və xarici işlər naziri Əraqçi ərəb ölkələrinə, Avropaya və Rusiyaya müraciətləri əhatə edən geniş diplomatik kampaniya aparırlar.

Diplomatik kampaniyaya prezident Pezeşkian və XİN başçısı Əraqçi rəhbərlik edir.  Kipr prezidenti artıq baş nazir Netanyahu ilə danışacağını və Pezeşkianın mesajını ona çatdıracağını bildirib.

Rusiya prezidenti Putinlə Trampın dünənki söhbətində bu məsələni Rusiya prezidenti də qaldırıb. Tramp İsrail və İran arasında müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı ümumi bəyanatla cavab verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top