Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini işdən qovdu — FOTO

GÜNDƏM 12 iyun 2025, 11:51

Sabunçu Tibb Mərkəzinin Psixosomatika şöbəsinin müdiri Vüqar Qazıyev işdən çıxarılıb.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Vüqar Qazıyev bir müddət əvvəl Sabunçu Tibb Mərkəzində ad günü şənliyi keçirib. Bundan sonra tibb müəssisəsində qalmaqal yaranıb. Nəticədə V.Qazıyevlə birlikdə təsərrüfat işçisi və baş tibb bacısı işdən qovulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top