Suriyada qadınlara qoyulan yeni qadağa hiddət doğurdu

MARAQLI 11 iyun 2025, 22:16
Suriya Müvəqqəti Hökuməti qadınların burkini kimi tam bədənli çimərlik paltarı geyinmədən ictimai çimərliklərdən və hovuzlardan istifadəsini qadağan edib.

Demokrat.az
xəbər verir ki, Turizm Nazirliyinin bu həftə dərc etdiyi qərar dekabrda Bəşər Əsədin devrilməsindən sonra qadınların geyiminə dair ilk rəsmi tənzimləmədir. 

Qərarda qeyd olunur ki, özəl klublarda və lüks otellərdə isə qərb üslublu çimərlik geyimlərinə icazə verilir.

Əsəd hakimiyyəti dövründə belə tətbiq olunmayan bu qayda ölkədə hiddətə səbəb olub. 

Hökumətin rəhbəri Əl-Şaraa şəriətin tətbiq edilib-edilməyəcəyi ilə bağlı suallardan yayınaraq, qərarın ekspertlərə həvalə edilməli olduğunu deyib. 


Əfsanə Kamal
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top