Bu ərazilərdə taksilər üçün dayanacaq yaradılmalıdır — AÇIQLAMA

SOSİAL 11 iyun 2025, 17:47
"Səhv etmirəmsə, "Gənclik Mall" yaxınlığında təşkil edilən "drop-off" məntəqəsi sayca 6-cı məntəqədir. Digər yerlərdə də təşkil olunub, o cümlədən Tbilisi prospektində. Amma düşünürəm ki, bununla kifayətlənməli deyilik".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. 



O bildirib ki, bir halda əgər belə bir taksi sistemi qurmuşuq ki, müştəri dayandığı nöqtəyə taksi çağıra bilir, onda buna uyğun dayanacaqlar təşkil olunmalıdır:

"Hazırda bir neçə yerdə belə dayanacaqlar var, amma onu deyim ki, bu dayanacaqlar elə də effektiv deyil. Təəssüf ki, fərdi nəqliyyat vasitələrinin sahibləri də maşınları orada saxlayırlar. Halbuki ora taksilər üçündür. 

Metroya yaxın ərazilərdə, ticarət mərkəzlərinin yaxınlığında, insanların çox cəmləşdiyi ərazilərdə taksilər üçün minib-düşmə məntəqələri təşkil olunmalıdır. Bunun effektiv olacağını düşünürəm".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirildi ki, şəhərdə yeni "drop-off" məntəqələri açılacağı halda, ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, "Gənclik Mall"un parklanma yerinin giriş hissəsində "drop-off" məntəqəsi (mindirib-düşürmə) yaradılıb və geriyədönmə yeri təkmilləşdirilib.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top