Ölkəmizdə insanlar şou-biznes nümayəndələrinə, xüsusən son illərdə TV kanallarında at oynadan “müğənnilərə” aqressiya ilə yanaşırlar. Bu səbəbdən sosial şəbəkələrdə yazılan rəylərdə məşhurların tez-tez təhqirlərə məruz qaldığının şahidi oluruq.
Bəs bu addım qanun pozuntusudurmu? Məşhur şəxs onu sosial şəbəkələrdə rəy yazaraq təhqir edənləri məhkəməyə verə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a danışan tanınmış hüquqşünas Şamil Paşayev deyib ki, sosial media bir çoxları üçün məsuliyyətsizliyin sığınacağına çevrilib. Ancaq unutmayaq ki, hər bir “paylaş” düyməsinin arxasında hüquqi məsuliyyət dayanır, xüsusilə də, kiminsə şərəf və ləyaqətinə toxunanda:

“İstər real həyatda, istərsə də virtual mühitdə təhqirin hədəfi şəxsin şərəf və ləyaqətidir. Bu, insanın cəmiyyətdəki nüfuzuna zərbə vuran, onu alçaldan ifadə və hərəkətlər kimi qiymətləndirilir. Eyni zamanda böhtan – yəni bilə-bilə yalan məlumat yayaraq bir şəxsin adına ləkə yaxmaq. Bu kimi hallarda zərər təkcə şəxsə deyil, cəmiyyətin mənəvi dəyərlərinə də dəyir.
Bütün bunlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Lakin məsələ bununla da bitmir. Saxta profillərdən – yəni anonim və uydurma adlarla edilən təhqir və böhtan halları da hüquqi müstəvidə cavab tələb edir. Belə hallara qarşı CM-nin 148-1-ci maddəsi tətbiq olunur.
Bu maddəyə görə, saxta istifadəçi adları və profillər vasitəsilə internetdə təhqir və ya böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılması da cinayət hesab olunur. Maraqlısı budur ki, təhqir və böhtan xarakterli ifadələrin doğru və ya yalan olması bu məsuliyyətdən yayınmağa əsas vermir”.
Cavidan Mirzəzadə
Demokrat.az