Son 50 ildə dünyada xərçəngdən ölüm halları əhəmiyyətli dərəcədə azalsa da, 50 yaşdan aşağı şəxslər arasında xərçəngə tutulma hallarında ciddi artım müşahidə olunub. Yeni bir araşdırmaya görə, 1990-cı illərdən bu yana 20-49 yaş arası insanlarda xərçəng diaqnozlarının sayı 23% artıb.
Tanınmış həkim Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, son illərdə Azərbaycanda xərçəng xəstələrinin sayında ciddi artım müşahidə olunur:
“2023-cü ilin statistik məlumatlarına əsasən, ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qeydiyyatdadır. Bu, 2022-ci illə müqayisədə 7 min 50 nəfər çoxdur. Havaya və suya buraxılan çirkləndiricilər insan orqanizminə daxil olaraq hüceyrələrin bölünməsinin tənzimlənməsini poza bilər. Bu, xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir. Keyfiyyətsiz və konservantlarla zəngin qidaların istehlakı, xüsusilə şəhər əhalisi arasında, xərçəng riskini artırır. Kənd yerlərində isə daha təbii qidaların istehlakı bu riski azaldır. Siqaret və alkoqol istifadəsi, xüsusilə qadınlar arasında siqaret çəkmə hallarının artması, xərçəng riskini yüksəldir. Fiziki aktivliyin azalması və gündəlik həyatın yaratdığı stress də xərçəngin yaranmasında rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2030-cu ilə qədər dünyada 27 milyon yeni xərçəng xəstəsi və 17 milyon xərçəngdən ölüm olacağı gözlənilir. Azərbaycanda xərçənglə mübarizə üçün maarifləndirmə tədbirlərinin artırılması, ətraf mühitin qorunması və sağlam həyat tərzinin təşviqi vacibdir”.
Leyla Turan
Demokrat.az