Qazax rayonunda 4 nəfərin ölümü ilə nəticələnən avtoqəza ilə bağlı cinayət işi başlanılıb.
Demokrat.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan verilən məlumata görə, Qazax rayonu Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İlkin araşdırmalara əsasən, “BMW” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirmiş və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Araşdırmalar davam etdirilir.
***09:09
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Demokrat.az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***08:49
Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.
Nəticədə avtomobildə olan 4 nəfər - rayonun Fərəhli kənd sakinləri - 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 1997-ci il təvəllüdlü Rafət Nəsibov, 2000-ci il təvəllüdlü Zaur Əhmədov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.