Dörd nəfərin öldüyü "BMW" — FOTOLAR

HADİSƏ 05 iyun 2025, 16:18
Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı açıqlama yayıb. 

Demokrat.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gecə saat 03:00 radələrində Qazax rayonu Əskipara kəndi ərazisində baş verib. 

İlkin araşdırmalara əsasən, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini Vəliyev Ramal Bəxtiyar oğlu “BMW” markalı, 10-SM-433 dövlət qeydiyyat nişanlı avtomobillə Əskipara kəndindən Fərəhli kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib.

Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarında dayanan digər bir avtomobilə və sonda daş hasara çırpılıb. Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin — 1997-ci il təvəllüdlü Nəsirov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.

Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qaydalarının pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır.  iştirakçılarının həyatını da təhlükə altına qoyur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top