“Qripin 4 seroloji tipi müşahidə edilir – A, B, C və D. Ən çox yayılan A və B formalarıdır. Hazırda A forması daha çox yayılıb. Bu forma “H1N1” virusu kimi qeyd edilir. Bu virus 2019-cu ildə pandemiyaya səbəb oldu. Hazırkı yayılan virus isə A formasının "H3N2" forması – Honkonq qripidir. Bu qrip yayılmaqda davam edir, Rusiya ərazisində, qonşu ölkələrdə yayılıb, yəqin ki, bizdə də var. Sadəcə identifikasiya edilməli və əhaliyə məlumat verilməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, qripin A forması müxtəlif ağırlıqla keçir və mövsümi qrip adlanır:

“Hər il dünyada bir milyard insan yoluxur, 300–650 min insan həyatını itirir, 3–5 milyon insanda qrip çox ağır keçir. Artıq bu qripə öyrəşilsə də, kifayət qədər tələfat olur. Qripin qarşıda pandemiyası gözlənilir – nə vaxtsa bu, baş verəcək, İspan qripi tipində. Bu, Ümumdünya Səhiyyə Təşkilatının elmi proqnozudur. Mütləq baş verəcək, çünki virus daim mutasiya edir.
Ən effektiv qorunma üsulu Yaponiyadadır. Yaponlar mövsümi qrip zamanı maskadan istifadə edirlər. Bu, yoluxma sayını xeyli azaldır, virusun yayılmasının qarşısını alır. Daha sonra isə vaksinasiya olunmalıdır. Mövsümi qrip uşaqlar və yaşlı adamlar, şəkər xəstələri arasında daha geniş yayılır. Bununla yanaşı, sağlam insana da yoluxa bilər. Yoluxmuş şəxsin işə getməməsi, yataqda olması tövsiyə olunur”.
Cavidan Mirzəzadə
Demokrat.az