"Neftçi"yə gəlməkdən qorxan futbolçu kimdir?

İDMAN 03 iyun 2025, 18:21
“Sumqayıt”dakı çıxışları ilə tanıdığımız Murad Xaçayev karyerasını “Neftçi”də davam etdirə bilər.

Demokrat.az sportinfo.az-a istinadən xəbər verir ki, Samir Abasovun yaxından tanıdığı müdafiəçini israrla sərəncamında görmək istəyir. Lakin Murad “hə” deməyə tələsmir. 

İddiaya görə, Murad "Neftçi"yə keçməkdən ehtiyat edir.

2018-ci ildən “Sumqayıt”ın şərəfini qoruyan 27 yaşlı futbolçu burada özünü daha yaxşı hiss edir. Özünü publikaya sevdirə bilib, rəhbərliyin də güvəndiyi simalardan sayılır. Üstəlik, əsas heyətin dəyişməz üzvüdür.

Vüqar Mustafayevin karyerasını başa vurması, Elvin Bədəlovun komandanı tərk etməyə hazırlaşması Xaçayevin əsas kapitan olacağına şübhə yerə qoymur. Bunun özü də ciddi üstünlükdür. Bu qədər üstünlüyün qarşılığında “Neftçi”də onu nələrin gözləməsindən ehtiyat edir. Məqsədi sırf pul qazanmaq olsa, düşünmədən razılaşar. Lakin o, puldan əvvəl klubdakı rahatlığını, mütəmadi oynamaq imkanını və potensial komandasında özünü “Sumqayır”dakı Murad kimi hiss edib-etməyəcəyini düşünür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top