Xəbər verdiyimiz kimi, maliyyə naziri Sahil Babayev sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı limitin artırıla biləcəyini deyib. Onun sözlərinə görə, layihə hazırda dövlət orqanlarında müzakirə edilir.
Bu barədə Demokrat.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, burada məqsəd təkcə kiçik və orta biznes subyektlərinin dəstəklənməsi deyil, eyni zamanda nağdsız ödənişlərin stimullaşdırılmasıdır:
"Sahibkarlar dövriyyəni nağdsız artırmağa təşviq olunurlar. Bu isə birmənalı olaraq rəqəmsal iqtisadiyyatın inkişafına şərait yaradır. Ən əsası isə uçotun şəffaflaşdırılmasına xidmət edir.

Təbii ki, kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdıran dəyişiklik olacaq. Çünki hökumət devalvasiyadan sonra - 2016-cı ildə kiçik və orta biznes subyektlərinin dəstəklənməsi üçün bir sıra addımlar atmışdı. Onlardan biri də məhz vergi ödəyiciləri üçün 200 min manatlıq limitin müəyyənləşdirilməsi idi. Daha doğrusu belə bir fürsət verilmişdi. Lakin artıq 9 il vaxt keçib və bu müddət ərzində 200 min manat nominal olaraq qalsa da, real ifadədə ciddi şəkildə dəyər itirib. Yəni 2015-ci ildə sahibkarlar üçün 200 min nə idisə, indi o dəyərin bəlkə də yarısı qədərdir. Ona görə bu məsələyə yenidən baxılmasına ehtiyac var idi".
Cavidan Mirzəzadə
Demokrat.az