Azad edilən ərazilərdə bu sahələr inkişaf etdirilməlidir — Deputatdan TƏKLİF

GÜNDƏM 02 iyun 2025, 17:23
"Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmək potensialına malikdir. Son illərdə bu sahədə ciddi addımlar atılmış, Prezidentin sərəncamı ilə kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydaları müəyyən edilmişdir. Hər il Aqrar Subsidiya Şurası tərəfindən müxtəlif sahələr üzrə subsidiyalar müəyyən olunur və aidiyyəti qurumlara maliyyə dəstəyi ayrılır".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

O bildirib ki, dövlət, ailə və kooperativ təsərrüfatlarının inkişafında maraqlıdır:

"Bu təsərrüfatlar inkişaf etdikcə, məhsul istehsalı, xüsusilə ət və süd məhsullarının istehsalı sahəsində irəliləyişlər əldə olunması mümkündür.

2020-ci il Vətən Müharibəsindən sonra işğaldan azad edilən torpaqların böyük hissəsi kənd təsərrüfatına yararlıdır. Həmin ərazilərdə əkinçilik, bağçılıq, heyvandarlıq, quşçuluq və südçülük sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Üstəlik, ölkənin su ehtiyatlarının 25%-i bu ərazilərdə cəmləşir ki, bu da suvarma və kənd təsərrüfatının inkişafı üçün əlavə üstünlük yaradır.

Hazırda yeni su anbarları tikilir, mövcudlar bərpa olunur. Məsələn, Həkəri çayı üzərindəki Güləbird yaxınlığında inşa edilən su anbarı Şərqi Zəngəzurun su təminatında mühüm rol oynayacaq".


Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top