"Donor olan zaman qadına yüksək dozada yumurta yetişdirən dərmanlar, iynələr vurulur. Bu prosesdə yumurta həddindən artıq yetişib hiperstimulyasiya sindromuna gətirib çıxara bilər. Bu sindromun nadir hallarda olsa da, ölümcül nəticələri ola bilir. Donordan yumurta toplanılır. Yumurta toplaması invaziv bir müdaxilədir. Qadının bədəninə, yumurtalığına iynə batırılır. Bu müdaxilənin də özünəməxsus riskləri var".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib.
O bildirib ki, proses zamanı damar dəlinməsi, bağırsaq dəlinməsi, daxili qanaxma, infeksiya riskləri yaranır.
"Donorluq asan bir iş deyil. Donorluğa gedən qadın öz sağlamlığını risqə atmış olur. Ona görə də pul ödənir. Əlbəttə ki, yumurta donorluğu sayəsində bir çox insan övlad sahibi olur. Mən deməzdim ki, donorluq olmasın, sadəcə bu məsələ qanunlarla tənzimlənməlidir.
Artıq bu barədə qanunlar çıxmalıdır. Reproduktiv sağlamlıq haqqında biz illərlə bu qanunun çıxmasını gözləyirik. Ona görə də sizin vasitənizlə sözümü demək istərdim ki, ümumiyyətlə reproduktiv sağlamlıq haqqında qanun çıxsın, yumurtalıq donasiyası məsələsi də o qanunun içində öz həllini tapsın".
Qeyd edək ki, süni mayalanma üçün yumurtalıq follikulu donorlarının tələb olunması barədə elanlar üç il fasilədən sonra yenidən sosial şəbəkələrdə paylaşılmağa başlayıb.
Əfsanə Kamal
Demokrat.az