İyunun 1-də quru sərhədlər açılacaq?

GÜNDƏM 30 may 2025, 14:40
İyunun 1-də COVID-19 ilə bağlı məhdudiyyətlərin bitməsi quru sərhədlərinin açılması ilə bağlı suallar yaradıb. Vətəndaşlar sərhədlərin nə zaman açılacağı ilə maraqlanır, lakin hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

Millət Vəkili Razi Nurullayev Metbuat.az-a açıqlamasında quru sərhədlərinin açılmasını istədiyini və bunun vacibliyini vurğulayıb:

“Ümid edirəm ki, quru sərhədləri vasitəsilə gələn təhlükələrin qarşısını hüquq-mühafizə orqanları qətiyyətlə ala bilər. Bunun üçün dövlətimizin bütün imkanları mövcuddur”.

R.Nurullayev qeyd edib ki, bu gün Azərbaycan kovid pandemiyasından sonra sərhədlərini bağlı saxlayan yeganə ölkədir:

“Quru sərhədlər vasitəsilə az qala 700-800 min adam dolanışığını təşkil edirdi. Ümid edirəm ki, hökumət də bunu bilir və quru sərhədlərin açılması üçün lazimi tədbirləri görəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top