Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir. 2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub. Bu olduqca böyük rəqəmdir
Mövzu ilə bağlı deputat Fazil Mustafa Demokrat.az-a açıqlama verib.
O deyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu sahədə ciddi maarifləndirmə tədbirləri həyata keçirilsə də, problemin kökündən həlli üçün daha geniş ictimai əməkdaşlığa ehtiyac var:
“Çox ciddi rəqəmdir. Bu, elə bir məsələdir ki, onun qarşısını almaq üçün hər kəs ailələr, valideynlər, müəllimlər, həkimlər və media birlikdə fəaliyyət göstərməlidir. Valideynlər bu istiqamətdə maariflənməlidir. Dövlət qurumları xəbərdarlıqlar etməli, ailələr isə bu məlumatlarla tanış olmalıdır. Problemin ciddiyyəti daim gündəmdədir. Əgər vaxtında tədbir görülməzsə, nəticələr cəmiyyət üçün daha da ağır ola bilər. Cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə aparılacaq geniş maarifləndirmə kampaniyaları, xüsusilə də regionlarda bu məsələyə yanaşmanın dəyişməsində mühüm rol oynaya bilər”.
Leyla Turan
Demokrat.az