"Bu dəyişikliklər heç bir halda parklanma yerlərinin ləğvi anlamına gəlmir" — Ekspert

GÜNDƏM 26 may 2025, 20:07
Bakı şəhərinin küçələrində fəaliyyət göstərən bir neçə ayrı-ayrı parklanma məntəqəsi birləşdirilərək vahid məntəqə formasında təşkil edilib. Görülən işlər çərçivəsində məntəqələrin sayı 2 400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər. Onsuz da ölkədə ciddi praklanma problemi var. 

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.

O bildirib ki, Bakı şəhərində parklanma sahələrinin yenilənməsi və bəzi hallarda sahələrinin azaldılması ilə bağlı islahatlar həyata keçirilir:

“Bu tədbirlər, parklanma sistemindəki boşluqların aradan qaldırılması və nəqliyyat axınının daha səmərəli tənzimlənməsi məqsədi daşıyır. Bu dəyişikliklər heç bir halda parklanma yerlərinin ləğvi anlamına gəlmir. Bu addımlar vətəndaşların rahatlığının təmin olunması və qanunvericiliyə uyğun parklanma mühitinin yaradılması üçün atılır. Parklanma sahələri elə seçilir ki, həmin ərazilərdə vətəndaşlar gündəlik işlərini rahat şəkildə həyata keçirə bilsinlər. Eyni zamanda bu zonalar mövcud yol hərəkəti qaydalarına uyğun olaraq təşkil olunur. Məqsəd həm nəqliyyat sıxlığının azaldılması, həm də ictimai təhlükəsizliyin təmin edilməsidir. Yenilənən sistemdə rəqəmsallaşdırma, mərkəzləşdirilmiş idarəetmə və ictimai nəzarət mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. İslahatların uzunmüddətli məqsədi isə daha səmərəli, şəffaf və vətəndaş yönümlü parklanma sisteminin formalaşdırılmasıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top