2022-ci ildən bəri İsveçrədə 32 mindən çox ukraynalı qoruyucu statusunu itirib.
Demokrat.az xəbər verir ki, bu barədə İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyindən bildirilib.
Təqdim olunan məlumatlara əsasən, hazırda 68 609 nəfər qoruyucu statusa malikdir, 32 616 nəfər isə bu statusu itirib. "SonntagsZeitung" qəzeti qeyd edib ki, İsveçrə hakimiyyəti getdikcə daha çox müdafiə statusu verməkdən imtina etməyə başlayıb.
Əgər 2022-ci ildə müraciət edənlərin təxminən 99%-nə müsbət qərar qəbul edilibsə, bu il bu rəqəm 87%-ə düşüb. Bu yaxınlarda Cenevrə Kantonu Parlamentinin üzvü Qay Mettan bəyan etdi ki, Ukraynada danışıqlar olmadan atəşkəs əldə olunmasının uğur şansı yoxdur.
Əfsanə Kamal
Demokrat.az