Sükan arxasında telefondan istifadə edən sürücülər ağır qəza törətdilər — ANBAAN VİDEO

HADİSƏ 26 may 2025, 12:37

Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirlib ki, qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəblərindən biri də bəzi sürücülərin nəqliyyat vasitəsini idarə edərkən sükan arxasında diqqəti yayındıracaq hərəkətlərə yol vermələridir:

“Bu məsələdə əsas məqamlar hərəkət zamanı sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri - telefonla danışmaları, telefonda sosial şəbəkələrə baxmaqları və sərnişinlərlə diqqəti yayındıracaq söhbətlər etmələləri ilə bağlıdır. Müşahidələr onu deməyə əsas verir ki, diqqətin bir saniyə belə yayınması qəzaların baş verməsinə səbəb olur.

Belə sürücülər bilməlidirlər ki, tək özləri və sərnişinləri deyil, digər yol hərəkəti iştirakçılarına qarşı da məsuliyyətli və diqqətli olmalıdırlar” – deyə məlumatda vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyun 2025, 09:10
19 iyun 2025, 08:04
Top