Şahin Bağırov mayor olan müavininin rütbəsini polkovnikə qaldırdı — FOTO

HADİSƏ 24 may 2025, 12:27
Dövlət Gömrük Komitəsinin sədrinə yeni təyin olunan müavin Fuad Məmmədovun rütbəsi artırılıb.
 
Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, F.Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib. O iki ay əvvəl vəzifəyə təyinat alanda rütbəsi mayor idi. 
 
Qeyd edək ki, Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top