Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı

KRİMİNAL 24 may 2025, 11:30
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Demokrat.az DİN-ə istinadla xəbər verir ki, mayın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumən 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top