Bakıda üç məktəb direktoru işdən çıxarıldı

SOSİAL 23 may 2025, 09:56
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb

Qeyd olunub ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması İdarənin nəzarətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 may 2025, 17:01
Top