Sürətlə deyil, müntəzəm gəzirsinizsə, gəzinti maddələr mübadiləsini sürətləndirməyə və arıqlamağa kömək edəcək.
“Medicina” məlumatına görə, alimlər aydınlaşdırıblar ki, əgər gəzinti müntəzəm və uzunmüddətli əsasda gündəlik həyatın bir hissəsinə çevrilərsə, artıq çəkidən qurtulma prosesi daha təsirli olacaq.
Həftənin altı günü gündə ən azı 25 dəqiqə yeriyən insanlar gündə bir dəfə 50 dəqiqə yeriyənlərə nisbətən daha çox arıqlayıblar. Təbii ki, kalorilərin yandırılması yaş, çəki, fiziki dözümlülük və tempdən də asılı ola bilər.
Başqa bir araşdırmaya görə, gündə 7,5-10 min addım atmaq uzun ömür sürməyə kömək edə bilər.
Əvvəllər ekspertlər deyirdilər ki, gündəlik gəzinti daha çox kalori yandırmağa və çəkinizi idarə etməyə, həmçinin əhvalınızı və ürəyinizin sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər. Onlar deyirlər ki, mütəmadi olaraq yeriyənlərin emosional sağlamlığı müntəzəm idman etməyənlərə nisbətən daha yaxşıdır. Bu, ürək-damar və digər xəstəliklərin riskini azaldacaq.