“Alimlərin də qeyd etdiyi kimi, müasir dövrdə məlumat bolluğu, psixoloji və sosial gərginliklər artmaqda davam edir. Bu, bəzən cəmiyyətdə neqativ nəticələrə, xüsusilə də gənclər arasında baş verən ağır cinayətlərə səbəb olur”.
Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında deyib.
Deputat əlavə edib ki, dünyanın sürətlə dəyişməsi və informasiyanın geniş vüsət alması cəmiyyətlərdə sosial münasibətlərə və insan davranışlarına birbaşa təsir edir:
“Son illərdə xüsusilə də ölkəmizdə bir sıra dəhşətli cinayət hadisələri baş verib. Bu cinayətlərin motivlərinə baxıldıqda, psixoloji, sosial və informasiya təsirlərinin güclü olduğu görünür. Mütəxəssislər bildirirlər ki, bir çox hallarda internetdə yayılan mənfi, aqressiv və zorakı məzmunlar psixoloji baxımdan zəif insanlara daha çox təsir göstərir. Cəmiyyətin inkişafı və sabitliyi naminə bu halların qarşısının alınması üçün genişmiqyaslı maarifləndirmə və preventiv tədbirlərə ehtiyac var. Cinayətlərin sadəcə hüquqi tədbirlərlə qarşısının alınması mümkün deyil. Əsas diqqət uşaqların, yeniyetmələrin və gənclərin düzgün formalaşmasına yönəldilməlidir”.
Deputat əlavə edib ki, rəsmi strukturlar da bu istiqamətdə səylərini artırmalıdırlar:
“Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və digər dövlət qurumları qarşılıqlı əməkdaşlıqla cinayətlərin sayının artmasının qarşısını almağa çalışır. Lakin ekspertlər hesab edir ki, sadəcə dövlətin deyil, valideynlərin, müəllimlərin, ziyalıların və ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür. Bu məsələ ilə yalnız hadisə baş verdikdən sonra yox, önləyici addımlar səviyyəsində məşğul olmaq lazımdır. Cəmiyyətin sağlam gələcəyi üçün bu işə hər bir fərdin töhfəsi vacibdir. Milli-mənəvi dəyərlərin təbliği, musiqi və incəsənətin uşaqlara sevdirilməsi lazımdır. İdman və kitabxana fəaliyyətlərinə yönəldilmiş təşviqat proqramları olmalıdır. Psixoloji dəstək və maarifləndirmə tədbirləri, xüsusən keçid yaş dövrlərində olanlar üçün diqqətdə saxlamaq lazımdır. Tanınmış şəxslərin iştirakilə həyata keçirilən maarifləndirici layihələr, orta məktəblər və kolleclərdə mütəmadi tədbirlər keçirməlidirlər”.
Leyla Turan
Demokrat.az