“Təklif edirəm ki, “Vicdansız münasibət” anlayışı qanunvericilikdən çıxarılsın və ya dəqiq hüquqi təriflə əvəz olunsun”.
Bizim.Media xəbər evrir ki, bunu deputat Rəşad Mahmudov parlamentin bugünkü iclasında deyib.
O bildirib ki, sanksiyalar yalnız obyektiv, sənədlərlə sübut olunmuş peşə pozuntularına əsaslanmalıdır:
“Tibbi fəaliyyətin qiymətləndirilməsi müstəqil ekspertiza şuralarının rəyinə əsaslanaraq aparılsın. Həkim məsuliyyəti mülki-hüquqi əsaslarla tənzimlənsin və yalnız açıq səhlənkarlıq və ya qəsd hallarında cinayət məsuliyyəti nəzərdə tutulsun.
Unutmayaq ki, həkim səhv edə bilər, çünki insan faktoru səhvsiz mümkün deyil. Əgər biz bu peşəni qorumaq istəyiriksə, qanunlarımızda ədalət və balans hissini itirməməliyik”.