Çin daha 5 ölkəni vizadan azad edir

DÜNYA 15 may 2025, 19:03
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien verdiyi açıqlamada Braziliya, Argentina, Çili, Peru və Uruqvay vətəndaşlarının vizadan azad ediləcəyini bildirib.

Müvafiq olaraq, sözügedən ölkələrdən olan adi pasport sahibləri 12 iyun 2025-ci il və 31 may 2026-cı il tarixləri arasında 30 günü keçməyən müddətə Çinə vizasız gedə biləcəklər.

Viza güzəştləri biznes, turizm, ailə səfərləri və tranzit səyahətləri ilə məhdudlaşacaq.

Beş ölkənin vizadan azad etmə proqramına daxil edilməsi ilə bu çərçivədə birtərəfli viza liberallaşdırılması verilən ölkələrin sayı 43-ə çatıb.

Vizadan azad olunma qərarı mayın 13-də paytaxt Pekində keçirilən Çin-Latın Amerikası və Karib Hövzəsi Ölkələri İcması (CELAC) Forumunun 4-cü Nazirlər Konfransından sonra verilib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top