"Azərbaycan diplomatiyasının ən üstün cəhəti ondan ibarətdir ki, əməldə balanslı, çoxvektorlu, bütün tərəflə eyni maraqla istiqamətlənmiş diskusları inkişaf etdirmişik. Bu, Azərbaycanın ən böyük uğurlarından biridir. Bizim üçün bu yaxşıdır, bu pisdir anlayışı yoxdu. Dünyada çətinliklər durmadan artır"
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Azərbaycan ən az 4 il Qoşulmama Hərəkatına rəhbərlik etdiyi vaxtda çox sayda uğurlu təşəbbüs irəli sürüb:
"Təşkilatda parlamentlərarası şəbəkə yaradıldı, gənclər təşkilatı yaradıldı, informasiya mübadiləsində yeni baxışlar meydana gəldi. Azərbaycan durmadan çətin vəziyyətdə olan ölkələrə sponsor dəstəyi verdi. Afrikada, Asiyada əlverişsiz vəziyyətdə yaşayan xalqlara təmənnasız olaraq əlimizi uzatdıq. Başa düşürük ki, özümüz də bir zamanlar dərin və çətin məğlubiyyətlərlə üzləşmişdik. Müstəqillik dövründə xarici təhdidlər, işğal, 1 milyona yaxın məcburi köçkünün olması və.s dözümlülüklə qarşıladıq. İnsan inkişaf edən zaman istəyir ki, köməksiz olanlara da dəstək olsun. Azərbaycan bu gün Afrikada, Asiyada, Cənubi Amerikada, İslam, türk dünyasında eyni dəyərlərlə hərəkət edir. Qayəmiz ondan ibarətdir ki, ümumi inkişaf dalğaları hamıya çatsın. Özlərini bəyənib digər xalqları aşağılayan böyük dövlətlər xalqları özlərindən küsdürürlər. Bir əl alırsa, digəri verməlidir. Biz bu taraz siyasətin tərəfdarıyıq və uğurlar həyata keçiririk".
Əfsanə Kamal
Demokrat.az