Həbsxanadan vəzifəyə... — Zelenskinin Türkiyəyə səfir təyin etdiyi Nəriman Cəlal KİMDİR?

SİYASƏT 15 may 2025, 11:47
Xəbər verdiyimiz kimi, Krım Tatar Xalqı Məclisinin sədr müavini Nəriman Cəlal (Celyalov) Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.

Qeyd edək ki, 45 yaşı olan Nəriman Cəlal 2013-cü ildən Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınan və fəaliyyəti qadağan edilmiş Krım Tatar Xalqı Məclisinin rəhbərliyində təmsil olunur. 

İxtisasca politoloq olan Nəriman Cəlal Ukraynada Krım tatar mediasında çalışıb. 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra o, yarımadada yaşamağa davam edib.

Nəriman Cəlalın həbsi 

Nəriman Cəlal 2021-ci ildə Perevalnoye kəndində qaz kəmərini partlatmaqda ittiham edilib və FSB tərəfindən həbs edilib. 2022-ci ilin sentyabrında o, Krım məhkəməsi tərəfindən 17 il müddətinə azadlıqdan məhrum edilib və 2 il müddətində cəzasını Krasnoyarsk diyarında çəkib. 28 iyun 2024-cü ildə Nəriman Cəlal əsir mübadiləsi yolu ilə Ukraynaya qaytarılıb.

O, 2019-cu ildən bəri Rusiyada həbsdən azad edilən ilk Krım tatarı siyasi məhbus olub. 

Nəriman Cəlalın atası Ənvər Cəlal oğlunun azadlığa çıxmasını görmədən 2022-ci ilin martında Krımda vəfat edib.

Xatırladaq ki, Ukraynanın müdafiə naziri vəzifəsini də Krım tatarı olan 43 yaşlı Rüstəm Umerov tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top