Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib? —ŞİKAYƏT

GÜNDƏM 13 may 2025, 12:16
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarından biri redaksiyamıza müraciət edərək maaşlarının azaldıldığından şikayət edib.
 
AzPost-a müraciət edən Ağsu rayon 16 saylı Yol İstismar İdarəsinin əməkdaşı bildirir ki, 1987-ci ildən bu sahədə fəaliyyət göstərir. Bu illər ərzində müxtəlif vəzifələri icra edib. Hazirda isə yol mühəndisi olaraq işləyir.
 
Vətəndaş idda edir ki, bu aydan etibarən özü də daxil olmaqla işlədiyi idarənin bir neçə əməkdaşının dərəcələri azaldılıb və maaşlarından 50 manat kəsilib.
 
“Yeni ştat cədvəli gətiriblər. Bildirirlər ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun göstərişi ilə bu icra olunur. Onsuz da maaşlarımız azdır, ilin günün bu vaxtında 50 manat kəsməklə vəziyyətimiz daha da pisləşəcək”.
 
Vətəndaş deyir ki, bu azalmanın heç bir qanuni əsası yoxdur: “63 yaşım var. 38 il stajım var. Yəni, dərəcəmin artırılması yerinə azaldırlar. Adını da qoyublar ki, Saleh Məmmədovun göstərişi ilədir. Dərdimizi kimə deyək, bilmirəm. Xahiş edirəm bu barədə aidiyyəti qurumlar tədbir görsün.”
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top