YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət

Tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edildi - VİDEO/FOTO

Tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edildi - VİDEO/FOTO

"Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı bərpa edilərək əvvəlki yerinə quraşdırılıb".

Demokrat.az xəbər verir ki, açıqlama Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilib.

Bildirilib ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı orijinallığı və ilkin görünüşü qorunmaqla əvvəlki yerinə quraşdırılıb.

"Qeyd edək ki, 2025-ci ildə təsdiq edilmiş layihəyə əsasən, bərpa olunaraq yerinə quraşdırılan tarixi qapı 2026-cı ilin oktyabrında qanunsuz olaraq sökülərək şüşə konstruksiya ilə əvəz edilmişdi. Bundan əlavə, şüşə konstruksiyanın üzərinə taxta qapı görüntüsü yaradan vinil örtük vurulmuşdu.

26 noyabr 2026-cı il tarixində abidənin tarixi giriş qapısı öz yerinə quraşdırılıb. Həmçinin tarix-mədəniyyət abidələrinin qorunması haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati protokol tərtib edilib və cərimə tətbiq olunub" - deyə açıqlamada qeyd edilib.

Tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edildi - VİDEO/FOTO