YapiKredi Müraciət Forması
Mazda CX-5
Hadisə

Bakıda ögey atasından şiddət görən uşaq sığınacağa yerləşdirildi - Son vəziyyət açıqlandı

Bakıda ögey atasından şiddət görən uşaq sığınacağa yerləşdirildi - Son vəziyyət açıqlandı

"Ögey atasından şiddət gördüyü üçün evdən qaçan azyaşlının hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görülür".

Demokrat.az oxu.az- istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib.

O bildirib ki, sosial mediada yayılan məlumatla bağlı Dövlət Komitəsi əməkdaşları sığınacaqla əlaqə saxlayıblar, azyaşlının vəziyyəti ilə maraqlanılıb və fakt nəzarətə götürülüb:

"Uşağın zorakılığa məruz qalması ilə bağlı məlumatlar da diqqətdə saxlanılır, bu istiqamətdə müvafiq araşdırma və tədbirlər görülür. Hazırda azyaşlının təhlükəsizliyi, psixoloji vəziyyəti və ehtiyaclarının təmin olunması istiqamətində iş aparılır.

Uşağın təhsildən kənarda qalması ilə bağlı məsələnin həlli, təhsilinin bərpası və zəruri sənədləşmə işləri aidiyyəti qurumlarla birgə iş yerinə yetirilir".