Qəlyan çəkmək, qızardılmış ət və isti içkilərə həddən artıq aludə olmaq xərçəngə tutulma riskini artırır. Demokrat.az xəbər verir ki, bu barədə ABŞ hematologiya şöbəsinin müdiri doktor Maykl Sekeras məlumat verib.
Həkimin sözlərinə görə, ən təhlükəli amillərdən biri qəlyandır. Tədqiqatlar göstərir ki, qəlyan tüstüsünün tərkibində qatran, karbonmonoksit, ağır metallar və kanserogenlər var.
Doktor Sekeras, həmçinin yüksək temperaturda qızardılmış və ya bişmiş əti tez-tez yeməklə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, ətin qızardılması heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər, xərçəngə səbəb ola bilən birləşmələr əmələ gətirir.
Bu maddələr antioksidantlar və sərbəst radikallar arasındakı tarazlığı pozaraq iltihabı və stressi təhrik edir.
Çox isti içkilər də sağlamlıq üçün təhlükə yaradır. Məsələn, Çin araşdırması göstərib ki, 60°C-dən yuxarı temperaturda çay və spirtli içki qəbul edən insanlarda özofagus xərçəngi riski 5 dəfə artır. İngilis araşdırması oxşar tapıntıları təsdiqləyib. Gündə dörd stəkan isti çay və ya qəhvə içmək boğaz xərçəngi riskinin artırır.
Əfsanə Kamal
Demokrat.az