"Dünən deputat Azər Badamovun Moskvada saxlanılması və Həştərxan reysinə buraxılmaması barədə xəbər məlumat yayılıb. Bu, ciddi skandaldır. Rusiya Dövlət Dumasının deputatı Valuyev bir müddət əvvəl azərbaycanlılar haqqında tərbiyəsizcəsinə fikirlər səsləndirdi. O zaman Azər Badamov Valuyevin tərbiyəsizliyinə lazımi cavabı vermişdi. Mən və digər həmkarlarımız da bununla bağlı öz fikirlərini bildirmişdilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında Deputat Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, hələ bizim digər həmkarlarımızın istənməyən şəxs siyahısına salınıb-salınmaması məlum deyil:
"Rusiya ən azından məsələ ilə bağlı Azərbaycanı məlumatlandırmalı idi. Azərbaycan və Rusiya arasında strateji mütəffiqlik səviyyəsində münasibətlərin normal səviyyədə davam etdiyi bir dövrdə deputatımıza qarşı bu cür hörmətsizlik etməsi 2 ölkə arasında münasibətlərə ciddi kölgə salır. Valuyev tərbiyəsizlikləri ilə gündəmə gəldiyi zaman əslində ona elə öz həmkarları irad bildirməli idi. Rusiya XİN və digər qurumlar da bununla bağlı Valuyevin fikirlərinə etiraz etməli idilər. Bunu etmədikləri üçün deputat Azər Badamov onun cavabını layiqincə verdi. Valuyevə özləri irad tutmadılar, hətta onun əvəzinə azərbaycanlı deputata qadağa qoyurlar. Bütün bunlar "imperiya" təfəkküründən əmələ gələn məsələlərdir. Rus deputat bizi təhqir etməli, biz isə susmalıyıq? Rusiya rəsmiləri bu cür münasibətlərlə Azərbaycanla strateji müttəfiqliyin davam edəcəyini düşünürlərsə, yanılırlar. Azərbaycana yuxarıdan aşağı baxmaq olmaz. Rusiyanın hər kəsi qarşısına aldığı bu zamanda Azərbaycan Rusiya üçün "nəfəslik" rolunu oynayır. Deputatımıza pis münasibət Azərbaycan dövlətinə, parlamentinə, xalqına hörmətsizlikdir. Valuyevin ayağından iplə harasa bağlamaq lazımdır ki, onun kimilər Azərbaycan haqqında tərbiyədən, əxlaqdan kənar fikirlər səsləndirməsinlər. Belə şeylərə davam etsələr, cavablarını alacaqlar. Biz Azərbaycanlı olmaqla fəxr edirik, dövlətimizin maraqlarına xidmət etməklə istənilən təhdidin qarşısını almağa malikik".
Əfsanə Kamal
Demokrat.az