Füzuli və Ağdama gedən xarici turistlər öz evlərində qalıblar — RƏSMİ

SOSİAL 04 may 2025, 17:40
Bu ilin mart ayı ərzində turizm məqsədilə Azərbaycana səfər edən xarici ölkə vətəndaşları işğaldan azad olunan rayonlarda ümumilikdə 3 022 gecə keçiriblər.

Demokrat.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xarici turistlər Şuşada 20, Füzulidə 550, Ağdamda isə 2 452 gecə qalıblar.

Şuşaya səfər edənlər əsasən otellərdə gecələdikləri halda, Füzuli və Ağdama gedənlər qohumlarının (dostlarının) və ya özlərinə (ailə üzvlərinə) məxsus mənzillərdə qalıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top